İranda bir gündə koronavirusdan 88 nəfər öldü

21 Aprel 2020 16:21 (UTC+04:00)

İranda son 24 saat ərzindən daha 1297 nəfərdə koronavirusun aşkarlanması ilə yoluxanların ümumi sayı 84 802-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib. O həmçinin bildirib ki, ötən gün ərzində koronavirusdan 88 ölüm halı qeydə alınıb, bununla xəstəlik səbəbindən həyatını itirənlərin sayı 5 297-yə çatıb.

Ümumilikdə 60,965 pasiyent isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 2 499 665-ya çatıb. 171 338 nəfər isə dünyasını dəyişib.