İran ilk hərbi peykini orbitə göndərdi

22 Aprel 2020 11:00 (UTC+04:00)

İranın İslam İnqilabı Keşikçilər Korpusu SEPAH ilk hərbi peykini kosmosa göndərib.

Məlumata görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun əlaqədar məlumatında öz əksini tapıb.

Məlumata görə, bu gün səhər (22 aprel) İranın Mərkəzi səhrasından Qasid adlı peykdaşıyan gəmisi kosmosa göndərilib və Yerin 425 kilometrliyində qərarlaşıb.

Məlumatda bildirilir ki, peykin göndərilməsi İranın aeronavtika sahəsində böyük nailiyyətlərinə səbəb olacaq. (Trend)

AzNews.az