Şairlərimiz haqqında maraqlı məlumatlar olan əlyazma tapılıb

22 Aprel 2020 17:45 (UTC+04:00)

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XIX əsrdə yaşamış Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin Tehran Universiteti Kitabxanasında saxlanılan əlyazmasının elektron surətini əldə edib.

Bu barədə AzNews.az-a akademiyadan məlumat verilib.

Bildirilib ki, əlyazma əsərin vaxtilə çap edilmiş nüsxəsindən xeyli genişdir. Bu əsərdə XIX əsrdə yaşamış Cənubi Azərbaycan şairləri barədə maraqlı məlumatlar var.