Bu gün Milli Şuranın ilk toplantısı keçiriləcək

29 May 2013 08:22 (UTC+04:00)
Bu gün 28 may - Respublika günündə élan olunmuş Milli Şuranın ilk toplantısı keçiriləcək. AzNews.az-a daxil olan məlumata görə, bu toplantıda məqsəd Milli Şuranın Rəyasət heyətinin üzvlərinin seçilməsidir.

Qeyd edək ki, bununla bağlı Milli Şurada müzakirələr aparılıb. Həmin müzakirələrdə qərara alınıb ki, Milli Şuranın Rəyasət Heyəti hər partiyadan iki nəfər olmaqla formalaşsın. Həmin namizədlərin seçimi isə həmin partiyaların ixtiyarına verilib.

Bahar Rüstəmli
AzNews.az