Keçmiş deputat dərslərin başlamasını istəmir

23 Aprel 2020 17:00 (UTC+04:00)

"Məncə, may ayının beşində dərslərin başlaması məqsədə uyğun deyil”.

Məlumata görə bunu Yaşıllar Hərəkatının lideri, sabiq millət vəkili Ceyhun Osmanlı özünün sosial şəbəkə hesabında yazıb.

Ceyhun Osmanlı dərslərin yaxın tarixdə başlamasının məqsədə uyğun olmadığını aşağıdakı kimi əsaslandırıb:

1. 2 aydır dərs yoxdur və dərsin bitməsinə 1 ay qalmış, yəni may-iyun arası dərs keçmək xətrinə şagird və tələbələrin sağlamlığını risk altına qoymaq olmaz

2. Bütün məktəblilər və tələbələrin internetə çıxışı 100% təmin olunmayıb; xüsusilə də son günlərdə internetdə qüsurların olması dərs proqramlarının virtual şəkildə arzu olunan kimi mənimsənilməsinə şərait yaratmayıb; belə olan halda qiymətlərin 1-ci yarımilə uyğun verilməsi məqsədə uyğun olardı

3. Tədqiqatlar göstərir ki, isti havada virusun öləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Belə olan halda əhalinin kütləvi hərəkəti pandemiyanın kütləvi yayılması riskini yaradır.

4. Məncə ilkin mərhələdə əmək qabiliyyətli insanların iş yerlərinə gedib-gəlməsinə şərait yaratmaq olar, payızda isə uşaqlar və yaşlıların hərəkəti 100% bərpa ola bilər. Arzu olunan bir mənzərə olmasa da reallıq budur. (sfera.az)

AzNews.az