Bələdiyyələrin vəzifələri artırılır

24 Aprel 2020 16:45 (UTC+04:00)

Bələdiyyələrin vəzifələrinin artırılması nəzərdə tutulur.

Məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanuna təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini tapıb.

Bələdiyyənin vəzifələri sırasına tullantı sularını təmizləyərək, təkrar dövriyyəyə yönəltmək, bu, mümkün olmadıqda zərərsizləşdirərək istehsal sahələrindən, şəhər və qəsəbələrdən kənara axıdılmasını təşkil etmək vəzifəsi qoyulur.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. (APA)

AzNews.az