ABŞ Gürcüstana 64 milyon dollardan çox yardım edəcək

25 Aprel 2020 08:23 (UTC+04:00)

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəyəri 64 milyon dollardan çox olan Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstək layihəsinin icrasına başlayır.

AzNews.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Tbilisidə ABŞ səfirliyinin “Facebook” səhifəsində məlumat dərc olunub.

“ABŞ hökumətinin maliyyə dəstəyi ilə USAID/Georgia filialının Gürcüstan iqtisadiyyatının inkişafı və Avro-Atlantik inteqrasiyasının dəstəklənməsi üçün 64 milyon dollardan çox yardıma başlamısını xəbər verməkdən çox məmnunuq. Bu maliyyə Gürcüstan və ABŞ arasında inkişafa dair razılaşmanın bir hissəsidir”, - səfirlikdən verilən məlumatda belə deyilir.