Siyavuş Aslan dostlarından niyə inciyib?

29 May 2013 09:27 (UTC+04:00)
Xalq artisti Siyavuş Aslanın səhhəti yenidən pisləşib. Hazırda aktyor Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindən çıxarılıb və palataya yerləşdirilib. Aktyor mətbuata açıqlamasında ona baş çəkmədiklərinə görə sənət dostlarından giley-güzar edib.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova AzNews.az- açıqlamasında bildirdi ki, S.Aslana xəstə yatağında baş çəkən həmkarlarından biri odur:

"Bəli, Siyavuş Aslan yenə xəstədir. Amma mən onunla həmişə maraqlanmışam. Oğlu da bunu bilir və deyir. Amma hazırda özüm də xəstəyəm. Səhhətimdə problemlərim var, bununla bağlı olaraq, həkim mənə belə yerlərə getməyə icazə vermir. Mənə həyəcan və əsəbiləşmək olmaz. Allah can sağlığı versin."

Bahar Rüstəmli
AzNews.az