Rusiya Azərbyacan vətəndaşlarını evakuasiya edir

29 May 2013 09:53 (UTC+04:00)


Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Suriyadan Moskvaya 128 MDB ölkələri vətəndaşını aparıb. Məlumatı Rusiya FHN yayıb.

"İl-62 təyyarəsi Latakiyadan Moskvanın Domodedovo hava limanına gəlib", - məlumatda deyilir.

Rusiya FHN-nin xüsusi reysi ilə Suriyanı tərk etmək istəyən 128 nəfər Moskvadaya aparılıb. Onlardan 83-ü Rusiya, qalanları ilə Azərbaycan, Moldova, Ukrayna, Belarrus, Özbəkistan və Tacikistan vətəndaşlarıdır. Rusiya FHN Suriyadan çıxarılanlardan neçəsinin azərbaycanlı olduğunu açıqlamayıb.

Ümumilikdə, Suriya münaqişəsi başlanandan Rusiya FHN bu ölkədən 511 nəfəri çıxarıb. (anspress)

AzNews.az