Rusiya taxıl ixracını dayandırdı

26 Aprel 2020 23:24 (UTC+04:00)

Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələri istisna ilə, iyulun 1-nə qədər xarici ölkələrə buğda, çovdar, meslin (buğda və çovdar qarışığı), arpa və qarğıdalının ixracını dayandırıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Rusiya bu addımı taxılın qiymətini stabilləşdirmək, ölkənin daxili tələbatını təmin etmək üçün atdığını açıqlayıb.