Eldarla Nigar da onlayn “Eurovision”da olacaq

27 Aprel 2020 12:34 (UTC+04:00)

Eldar Qasımov və Nigar Camal “Eurovision-2020” mahnı yarışmasının yerinə təşkil olunan “Europe Shine A Light” (“Avropa işıqla parıldayır”) adlı proqramda yer alacaq.

AzNews.az xəbər verir ki, bu barədə Eldar sosial şəbəkədə məlumat verib. O, Samirə Əfəndi və Nigarla fotosunu instaqramda paylaşaraq “sizin üçün çox maraqlı bir şey çəkirik” deyə bildirib.

Qeyd edək ki, veriliş mayın 16-da 46 ölkənin televiziyası tərəfindən yayımlanacaq.