Fransada işsizlərin sayında rekord artım

27 Aprel 2020 23:54 (UTC+04:00)

Fransada işsizlərin sayı rekord həddə artıb.

AzNews.az “İnterfaks”a istinadən xəbər verir ki, mart ayında ölkə ərazisində işsizlərin sayı 243 min nəfər artaraq 3 milyon 489 min nəfərə yüksəlib. Bu barədə Fransanın Əmək Nazirliyi məlumat yayıb. Bu isə 1996-cı ildən sonra rekord göstəricidir.

Bildirilib ki, ötən ilin müvafiq ayında işsizlərin say artımı 99 min nəfər olub.