Rusiyada son sutka ərzində daha 6 411 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə yoluxanların ümumi sayı 93 558-ə çatıb.
AzNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb.
Yoluxanların sayına görə bu dəfə də Moskva şəhəri liderlik edir. Burada sutka ərzində 3 075 nəfərdə koronavirus aşkarlanıb.
Ölkə üzrə xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə ötən gün ərzində daha 72 nəfər artaraq 867-yə çatıb. Bununla yanaşı, son 24 saat ərzində xəstəlikdən sağalanların sayı daha 1 110 nəfər artaraq 8 456-yə çatıb.