Suraxanı RİH: "Torpaq zəbtinin və özbaşına tikilən ticrət obyektinin qarşısı alındı"

28 Aprel 2020 14:21 (UTC+04:00)

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) aprelin 27-də “azel.tv” yuotube kanalında rayon ərazisində vətəndaş Əliyev Ələkbər Fərman oğlunun “Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşın obyektini qanunsuz olaraq sökdürdü” haqqında təqdim etdiyi videomaterialla bağlı araşdırma aparıb.

RİH-dən AzNews.az-a bildirilib ki, vətəndaş Əliyev Ələkbər Fərman oğlu tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev 24 küçəsində heç bir icazə sənədi olmadan uzun illər öncə quraşdırılan və istifadəsindəki mövcud 3m x 4m ölçüdə dəmir köşkün ətrafındakı dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan ərazi zəbt edilərək orada 13.3m x 5.3m ölçüdə (cəmi 70.5 kv.m) qeyri-yaşayış obyektinin inşası üçün özbaşına tikinti işlərinə başlanılmış və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınaraq, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinin tələblərinə əsasən həmin işlərin dayandırılması vətəndaşa tövsiyə edilmişdir.

Eyni zamanda bildiririk ki, özünü 2-ci qrup Qarabağ müharibəsi əlili kimi təqdim edən Əliyev Ələkbər Fərman oğlu 2000-ci ildən ümumi xəstəliklər səbəbindən 2-ci qrup sosial əlil kimi RİH-də mənzil növbəsinə götürülüb.