Boris Conson növbəti dəfə ata olub

29 Aprel 2020 15:57 (UTC+04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson növbəti dəfə ata olub.

AzNews.az-ın xəbərinə görə, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında B. Consonun nişanlısı Kerri Simonds oğlan övladı dünyaya gətirib.

Qeyd edək ki, B. Conson və K. Simonds ötən ilin sonunda nişanlanıblar.

B. Conson “10 Downing Street”də nigahsız yaşayan ilk Baş Nazirdir.