Rusiyada koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

29 Aprel 2020 16:23 (UTC+04:00)

Rusiyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5841 yoluxma halı qeydə alınıb, 108 nəfər vəfat edib.

AzNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada koronavirusa yoluxanların sayı 99 399 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 972 nəfərə çatıb.

Rusiyada koronavirusdan sağalanların sayı 10 286 nəfərdir.