Rusiyada yoluxanlar 100 mini keçdi

30 Aprel 2020 13:00 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 7 099 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 106 498-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb.

Ölkə üzrə xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə ötən gün ərzində daha 101 nəfər artaraq 1073-ə çatıb. Bununla yanaşı, son 24 saat ərzində xəstəlikdən sağalanların sayı daha 1 333 nəfər artaraq 11 619-a çatıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa 3 230 433 insan yoluxub, 228 394 nəfər xəstəlik səbəbindən həyatını itirib