Neftin qiyməti qalxdı

1 May 2020 10:34 (UTC+04:00)

Bu gün yeni OPEC+ sazişinin qüvvəyə minməsi ilə neft bahalaşmağa başlayıb.

AzNews.az xəbər verir ki, mayın 1-dən etibarən neft hasilatının azaldılması ilə bağlı yeni OPEC+ sazişinin qüvvəyə minməsi neft qiymətlərində yüksəlişə səbəb olub. Belə ki, səhər saatlarında London ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 2,19 % artaraq 27,06 dollar səviyyəsində qərarlaşıb. WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 3,98 faiz qalxaraq, 19,59 dollar təşkil edib.

Qeyd edək ki, mayın 1-də yeni OPEC+ sazişi qüvvəyə minir. Sazişə əsasən ilk iki ayda neft hasilatının günə 10 milyon barrel azaldılması planlaşdırılır.