Ötən ay 44 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

1 May 2020 11:09 (UTC+04:00)

Son 30 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə AzNews.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.