Elman Rüstəmov “Amrahbank”ın işçilərinin maaş problemindən danışdı

1 May 2020 13:11 (UTC+04:00)

Mərkəzi Bankın sədri Elman Rüstəmov lisenziyası ləğv edilmiş "Amrahbank" ın işçilərinin maaşının ödənilməyəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

AzNews.az xəbər verir ki, E.Rüstəmov mətbuat konfrasında deyib ki,hər iki bağlanan bankda problematika bu günün deyil: “Bu situasiyaları nəzərə alaraq hər iki bankın rəhbəri ilə görüşlərimiz oldu. Təbii ki biz bankların bağlanmasının tərəfdarı deyilik. Onların kapitallaşma imkanı olmadığından belə bir qərar verildi. Biz çox uzun qiymətləndirmə, sahibkarla müzakirə aparmışıq. Biz kolleqalarımızın da bu istiqamətdə fikirlərini öyrənmişik. Dünənki hadisə emosional xarakter daşıyır. Orada işləyənlərin əməkhaqlarının verilməsi istiqamətində tədbirlər görməyə başladıq. Onların əməkhaqları ödənilməyə başlanacaq. Orada qiymətli kadrlar var, onların işlə təmin edilməsinə kömək etməyə çalışacağıq”.