Moldovanın Daxili İşlər naziri koronavirusa yoluxdu

2 May 2020 15:07 (UTC+04:00)

Moldovanın Daxili İşlər naziri koronavirusa yoluxub.

AzNews.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazir özü açıqlama verib.

Nazir Pavel Voyku bildirib ki, evdə izolyasiya vəziyyətindədir, hələlik xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur, vəziyyəti kafidir.