Milli Məclisdə yeni şöbə yaradıldı

2 May 2020 20:23 (UTC+04:00)

Milli Məclisdə struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb.

AzNews.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncamla parlamentdə yeni Yerli icra hakimiyyətləri ilə iş şöbəsi yaradılıb. Yeni şöbənin müdiri isə Rüstəm Mahmudov təyin edilib.