Fransada qocalar evində 10 minə yaxın insan koronavirusdan ölüb

2 May 2020 22:48 (UTC+04:00)

Fransada son sutkada koronavirusdan ölənlərin sayı 166 nəfər artaraq, 24 760-a yüksəlib.

AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Koronavirus qurbanlarının ümumi sayından 15 487-si xəstəxanalarda, 9 273-ü isə qocalar evində vəfat edib.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 130 185-dir.

Martın 17-dən Fransada özünütəcrid rejimi tətbiq olunur.