Tayvan silkələndi - 5,9 bal

3 May 2020 11:43 (UTC+04:00)

Tayvanda 5,9 bal gücündə zəlzələ baş verib.

AzNews.az-ın məlumatına görə, bu barədə ölkənin mərkəzi metereoloji idarəsi xəbər verib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 11:24-də (07:24 GMT+4) qeydə alınıb və adanın bir çox bölgəsində hiss olunub. Zəlzələnin episentri Taydun şəhərindən 70,7 kilometr şimal-şərqdə 40,4 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar, habelə sunami təhlükəsi barədə məlumat verilməyib.

Xatırladaq ki, 23 milyon əhalisi olan Tayvan adası Şərqi Asiyanın seysmik aktiv zonasında yerləşir.