Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı

3 May 2020 18:16 (UTC+04:00)

Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 157 932 test aparılıb.