Akif Təvəkküloğlu vəzifəsindən azad edildi

5 May 2020 13:07 (UTC+04:00)

Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi.

***

Yeni sərəncamla Elnar Məmmədov Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri təyin olunub.