Sahibə Qafarovaya yeni köməkçi təyin edildi

5 May 2020 19:43 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarovaya yeni köməkçi təyin edilib.

AzNews.az xəbər verir ki, Aynur Nurəhmədova spikerin köməkçisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, A.Nurəhmədova bundan əvvəl parlamentin Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışıb. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. İxtisasca hüquqşünasdır.