““Xəzər Lənkəran”dan olanlara görə üzr istədim“

29 May 2013 14:19 (UTC+04:00)



"Təşkilatçılığın yüksək səviyyədə olması üçün biz gecələri yatmırdıq. Fikrimcə, bu matçı çox gözəl şəkildə təşkil etməyi bacardıq. Amma 2-3 nəfərin hərəkətinə görə bütün bunlar kölgədə qaldı. Məhz elə bunun nəticəsidi ki, artıq heç kim yaxşı təşkilatçılıqdan, oyundan danışmır. Ancaq davadan söhbət gedir. Sabah AFFA İntizam Komitəsinin növbəti iclası keçiriləcək. Günahkarlar mütləq cəzalandırılacaqlar. Əlbəttə, oyun başa çatan kimi, mən də meydana düşmək məcburiyyətində qaldım. "Xəzər Lənkəran"dan olanlara görə üzr istədim. Xahiş etdim ki, mükafatlandırma mərasiminə qatılsınlar". (Azerispot.az)

AzNews.az