Bu il tikiləcək DOST Mərkəzlərinin siyahısı açıqlandı

6 May 2020 12:31 (UTC+04:00)

"Yaxın günlərdə paytaxın Nizami rayonunda 3 saylı DOST mərkəzinin açılışı olacaq".

AzNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, bu il həmçinin Binəqədi rayonunda 4 saylı, Abşeron rayonunda 5 saylı, Sumqayıt şəhərində 6 saylı, Quba və Bərdə rayonlarında 7 və 8 saylı DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılacaq və mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq.