Ceyhun Əli parlamentin mətbuat katibi oldu

6 May 2020 17:21 (UTC+04:00)

Milli Məclisin Mətbuat Xidməti vəzifəsinə tanınmış teleaparıcı Ceyhun Əli təyin olunub.

AzNews.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova bu barədə sərəncam imzalayıb.

Xatırladaq ki, ötən gün sözügedən vəzifəyə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyin olunması barədə xəbər yayılıb. E. Məmmədli də mediaya açıqlamasında təyinatını təsdiqləmişdi.

Qeyd edək ki, Ceyhun Əlinin təyinatı ilə bağlı ilk xəbəri bakupost.az saytı yayıb.