Yerə ən çox bənzəyən planet kəşf olundu

6 May 2020 20:08 (UTC+04:00)

300 işıq ili uzaqlıqda yerləşən və bu günə qədər Yer kürəsinə ən çox bənzəyən planet kəşf olunub.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi ( NASA ) açıqlama verib.

Yeni planetə “Kepler-1649c” adı verilib. “Kepler-1649c”nin xarici planetlər arasında Yerə ən çox bənzəyən planet olduğu və oxşar bir temperatura sahib olduğu bildirilib. Cüzi fərqlə (1,06 dəfə ) Yerdən böyük olan yeni planetin Yerin Günəşdən qazandığı işığın 75 faizini aldığı müəyyən olunub.

“Ölçüsü və mümkün temperaturu baxımından, bu, Kepler tərəfindən tapılmış Yerə ən çox bənzəyən planetdir”,- deyə “SETI” elmi-tədqiqat institutun tədqiqatçısı Ceff Koflin bildirib.