BNA: Sərnişinlərin sayı gündəlik 1 milyonu keçib

7 May 2020 14:05 (UTC+04:00)

“Bir neçə gündür ki, ekspress xətlər üzrə 18 metrlik avtobuslar sərnişindaşımaya cəlb edilir. Əgər aprelin 27-dən sonra sərnişin sayı 750-800 min arasında dəyişirdisə, mayın 4-dən sonra bu göstərici 1 milyonu keçib”.

AzNews.az xəbər verir ki, bu sözləri “Real” TV-nin canlı yayımında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Son bir neçə gündür ki, biz 1 milyondan çox sərnişindaşıma həyata keçiririk”, - o bildirib.