Cümhuriyyət Xalq Partiyası dövlət qeydiyyatına alındı

7 May 2020 18:11 (UTC+04:00)

Cümhuriyyət Xalq Partiyası (CXP) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
AzNews.az bildirir ki, bu barədə BayMedia-ya məlumatı partiyanın sədri Bədrəddin Quliyev verib.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının təsis qurultayı 2010-cu il avqustun 14-də keçirilib.