Fransa sərhədləri bu tarixdən tez açmayacaq

7 May 2020 21:38 (UTC+04:00)

Fransa sərhədləri koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər ləğv edilməyənədək açılmayacaq.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər naziri Kristof Kastaner bildirib. O qeyd edib ki, Avropa ərazisində gediş-gəliş məsələsi də müvafiq qaydada həll ediləcək.

Nazir, həmçinin, əlavə edib ki, Fransada məhdudlaşdırıcı tədbirlər iyulun 15-dək davam etdiriləcək və sərhədlərin açılması da həmin tarixdən əvvəl mümkün deyil.