Belarusda prezident seçkilərinin tarixi açıqlandı

8 May 2020 13:32 (UTC+04:00)

Belarus parlamenti prezident seçkilərinin keçiriləcəyi tarixi avqustun 9-na təyin edib.

AzNews.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko açıqlama verib. O bildirib ki, prezident seçkilərinin şəffaf, demokratik və konstitusiyaya uyğun şəkildə keçirilməsi həm parlamentdə, həm də seçki dairələrində ciddi təşkilati məsuliyyət daşıyır.

1994-cü ildən etibarən Belarusun Prezidenti vəzifəsini icra edən Aleksandr Lukaşenko altıncı müddətə namizədliyini irəli sürmək fikrində olduğunu, seçkilərin ədalətli və qaydasında keçəcəyinə əmin olduğunu bildirib.

Belarus müxalifəti isə vahid namizəd seçmək üçün ilkin hazırlıqlara başlayıb.