FİFA-dan VAR-la bağlı yeni qərar

9 May 2020 11:43 (UTC+04:00)

FİFA VAR-dan (videotəkrar) istifadə ilə bağlı qərarında müvəqqəti dəyişiklik edib.

AzNews.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar olaraq, 2019/20 mövsümünün sonunadək VAR-dan istifadə məcburiyyəti aradan qaldırılıb.

Bir sözlə, VAR-dan istifadəyə davam etmək və ya bu xidmətdən müvəqqəti imtina qərarı federasiya və konfederasiyaların ixtiyarında qalır.