Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

9 May 2020 12:10 (UTC+04:00)

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 336-ya yüksəlib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Özbəkistanda son sutkada daha 11 yoluxma faktı qeydə alınıb.

Məlumata görə, ölkədə virusdan 10 nəfər ölüb, 1 775 pasiyent sağalıb.

Özbəkistanda karantin rejimi mayın 10-dək qüvvədədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.