Rusiyada koronavirusdan ölənlərin sayı artdı

10 May 2020 11:54 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində daha 58 nəfər koronavirusun qurbanı olub.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda koronavirusdan ölənlərin sayı 1 068-ə yüksəlib.

Rusiyada ümumilikdə 198 676 koronavirusa yoluxma halı qeydə alınıb (sutka ərzində artım 5,8% təşkil edib), 31 916 pasiyent sağalıb. 9 maya olan məlumata əsasən, 1 827 nəfər virusun qurbanı olub.