Gürcüstanda koronavirusa yoluxanların sayı 635-ə çatdı

10 May 2020 12:46 (UTC+04:00)

Gürcüstanda daha 9 nəfər koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 635 nəfərə çatıb.

İndiyədək qonşu ölkədə virusa yoluxanların 309-u müalicə olunaraq sağalıb, 10-u dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 4 717, stasionar nəzarətdə isə 452 nəfər saxlanılır.