Hasan Şaş "Qalatasaray"la yollarını ayırdı

11 May 2020 19:03 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubunun məşqçisi Hasan Şaş istefa verib.

AzNews.az-ın məlumatına görə, İstanbul təmsilçisində Fatih Terimin köməkçisi olan 44 yaşlı mütəxəssis sosial şəbəkədə öz istəyi ilə komandadan ayrıldığını yazıb.

Qeyd edək ki, Hasan Şaş 2018-ci ildən "Qalatasaray"da işləyir. O, daha öncə 2011 - 2013-cü illərdə köməkçi məşqçi olub.

Sabiq yarımmüdafiəçi 1998 - 2009-cu ildə klubun formasını geyinib. Hasan Şaş 5 dəfə Türkiyə çempionluğu ilə yanaşı, UEFA Kuboku (hazırkı Avropa Liqası) və UEFA Super Kubokunun qalibi olub.