Dayanacaq pulunu ödəmədi, cəriməsi 10 minə qalxdı

13 May 2020 11:48 (UTC+04:00)

Rusiyanın Əməkdar artisti Valeri Meladze on min rubl (231,31 manat) miqdarında cərimələnib.

AzNews.az xəbər verir ki, bu qərarı ötən gün Moskva məhkəməsi elan edib.

Buna səbəb sənətçinin cərimə qərarına əməl etməməsidir. Belə ki, Valeri bir müddət əvvəl avtomobilini ödənişli dayanacaqda saxlasa da, təyin olunan miqdarı ödəməyib. Buna görə də, Meladzeyə 5 min rubl (115,65 manat) miqdarında inzibati cərimə tətbiq olunub. Lakin o, qoyulan vaxtı nəzərə almayaraq, cəriməni ödəməyib.

Bundan sonra məhkəmə cəriməni 5 mindən 10 min rubla qaldırıb.

Qeyd edək ki, Əməkdar artist dəfələrlə yol hərəkəti qaydalarını pozduğu üçün gündəmə gəlib. O, üç dəfə inzibati məsuliyətə cəlb olunub, cərimələnib, ödəniş etmədiyi üçün haqqında üç protokol tərtib edilib.