Türkiyədə koronavirusla bağlı son vəziyyət

13 May 2020 22:08 (UTC+04:00)

Türkiyədə son sutka ərzində daha 58 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bununla da ölkədə virusdan ölənlərin sayı 3 min 952-yə çatıb. Daha 1639 nəfərdə isə Covid-19 aşkarlanıb.

Bununla da virus daşıyıcılarının sayı 143 min 114 nəfər olub. Son sutka ərzində 2 min 826 xəstə sağalıb.