Xalidə Xalid niyə təhvil verilməyib? - VİDEO

29 May 2013 18:32 (UTC+04:00)
Aprelin 30-da Təbrizdə həbs edilmiş azərbaycanlı alim Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov həbsdən azad ediliblər və yaxın günlərdə Azərbaycana göndəriləcəklər.

Bu barədə ANS TV-yə eksklüziv müsahibəsində İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı deyib. Onun sözlərinə görə, saxlanılmış şəxslərin hələ də Azərbaycan tərəfinə təhvil verilməməsi sənədləşmə işləri ilə bağlıdır.

"Ümid edirəm ki, iki-üç günə siz onları azadlıqda görəcəksiniz. Bu İran İslam Respublikasının qəti qərarıdır", - deyə nazir müavini əlavə edib.



AzNews.az