Türkiyədə zəlzələ olub

14 May 2020 10:54 (UTC+04:00)

Türkiyənin Malatya əyalətində 3,1 bal gücündə zəlzələ olub.

AzNews.az “Milliyet.com”a istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:34 radələrində qeydə alınıb. Zəlzələnin episentri Pütürgə rayonunda, ocağı isə 5,4 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.