Ermənistanın ədliyyə naziri qəzaya düşdü

29 May 2013 19:19 (UTC+04:00)
Mayın 29-da Ermənistanın ədliyyə naziri Qrayr Tovmasyan xidməti maşında hökumət evinə gedərkən yolda avtomobil qəzasına düşüb.

Lent.az-ın "intrefaks" a istinadən məlumatına görə, qurumun mətbuat xidmətindən bildiriblər ki, İrəvanın mərkəzində "Wolkswagen" markalı avtomobil yol hərəkəti qaydasını pozaraq, nazirin mindiyi "Toyota Camry" xidməti maşınla toqquşub.

Mənbənin məlumatına əsasən, xəsarət alan olmayıb.

AzNews.az