“Qalatasaray” məşqləri dayandırdı

15 May 2020 14:43 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” klubunun əməkdaşlarından birində koronavirus aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koronavirus testi müsbət çıxan şəxsin adı açıqlanmayıb və karantinə alınıb.

Komandanın məşqləri isə 6 günlük dayandırılıb.