Paytaxt küçələri dezinfeksiya olunur

16 May 2020 13:04 (UTC+04:00)

Bakıda 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.

AzNews.az xəbər verir ki, səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrindəki 300-ə yaxın əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.