ABŞ-da Trampa qarşı növbəti araşdırma başlayıb

17 May 2020 15:42 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatındakı demokratlar Prezident Donald Trampa qarşı yeni araşdırma başladıb.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, araşdırma bir sıra vəzifəli şəxslərin, o cümlədən Dövlət Departamentinin müfəttişi Steve Linikin vəzifədən azad edilməsi ilə bağlıdır.

Konqresmenlərin verdiyi açıqlamaya görə, bu şəxslər siyasi motivlə işdən çıxarılıblar.