Rumıniyada daha 167 nəfər koronavirusa yoluxub

17 May 2020 21:02 (UTC+04:00)

Rumıniyada daha 167 nəfərdə koronavirus aşkarlanıb.

AzNews.az bildirir ki, bu barədə “Digi 24” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı artaraq, 16 871 nəfərə çatıb, onlardan 9890-nı sağalıb. İndiyə kimi, Rumıniyada 1097 nəfər virusdan ölüb.