Türkiyədə turizm mövsümünün başlama tarixi açıqlandı

17 May 2020 20:12 (UTC+04:00)

Türkiyədə daxili turizm mövsümü 28 Mayda başlaya bilər.

AzNews.az-ın məlumatına görə, bu barədə NTV kanalının efirində mədəniyyət və turizm naziri Mehmet Ersoy deyib.

M.Ersoy bildirib: "Heç bir problem olmasa, turizm 28 May ətrafında daxili turist hərəkəti ilə başlayacaq".

Nazir əlavə edib ki, koronavirus infeksiyası statistikasının azalması davam edərsə, daxili uçuşlar may ayının sonunda açıla bilər.